Yunis Hüseynovun səlahiyyətləri məhdudlaşdırıldı

21 Avqust 2020 15:46 Şamaxı 1 379
Yunis Hüseynovun səlahiyyətləri məhdudlaşdırıldı

«Keşlə» ilə 1 illik müqavilə imzalayan Yunis Hüseynovun səlahiyyət çərçivəsi müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, yeni baş məşqçi futbolçularla bağlı maliyyə məsələlərinə qarışmayacaq.

Həmçinin transfer olunacaq futbolçularıın barəsində son söz hüququ onda olmayacaq. Bəli, o, seçim edə bilər, ancaq klubun onunla müqavilə bağlayıb-bağlamayacağıına rəhbərlik qərar verəcək.

Buradan çııxan nəticə odur ki, Yunis Hüseynov yeni iş yerində külli ixtiyar sahibinə çevrilməyəcək. Onun fəaliyyət sahəsi məşq keçməklə məhdudlaşdıırılıb.

Bu da o deməkdir ki, «Xəzər Lənkəran»ın sabiq çalışdırıcısınin «Keşlə»də mühüm dəyişiklik etməsini gözləməyə dəyməz.

Əlbəttə, tanışlıqla, xahiş-minnətlə vəzifəyə əyləşən baş məşqçinin dili uzun ola bilməz. O. sadəcə, komandaya hazıırlıq keçəcək və quru maaş alacaq.

AFFA-nın təqdimatıyla görəv alan adamdır, yəqin ki, klub rəsmilərini bacardığı qədər yola verəcək. «Keşlə» 3018-ci ilin yayında ayrıldığı «Kəpəz»dən sonra sükanı arxasına keçdiyi növbəti Premyer Liqa klubudur və buradan da uğursuzluğa düçar olmaq və qıısa müddət sonra vəzifədən uzaqlaşdırılmaq istəməz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti