"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Laçi" yoxlama görüşü keçirib.
Sportinfo.az xəbər verir ki, komanda "Apoloniya" ilə üz-üzə gəlib.
Qarşılaşma "Laçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Albaniya klubunun baş məşqçisi Armando Kunqu "Panorama" nəşrinə açıqlama verib. Görüş haqqında qısa danışan 47 yaşlı albaniyalı mütəxəssis "Keşlə" ilə oyun barədə də fikirlərini bildirib:
"Apoloniya" ilə oyunun ilk hissəsindən razı qaldım, amma şansların çoxundan istifadə edə bilmədik. Bilirik ki, Azərbaycan komandasına qarşı işimiz çətin olacaq. Amma matçı emosional yüklər olmadan keçirəcəyik”.
Avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

