Yunis Hüseynov özünü biabır etməyə hazırlaşır, yoxsa..?

17 Avqust 2020 16:00 Şamaxı 1 949
Yunis Hüseynov özünü biabır etməyə hazırlaşır, yoxsa..?

«Keşlə» yeni baş məşqçisini dünən təqdim etdi.

Yunis Hüseynovu tanıtmağa gərək duymuram.

Müsbət və mənfi yönləri ilə özünü hər mənada tanıtmış bir futbol adamından danışırıqsa, başqa təqdimata nə gərək..?

Tərlan Əhmədovdan boşalan kürsüyə əyləşmək üçün başqa namizədlər, növbəyə düzülənlər də vardı, bir neçəsinin adıını da biz açqlamışıq. AFFA onlar içində şansı ən az dəyərləndirilən Hüseynovu iş başına gətirdi.

2016-c ilin əvvəlində «Xəzər Lənkəran»dan ayrılandaan sonra «Kəpəz»in sükanı arxasına keçən, 2 il öncə də Gəncə klubundan gedən Yunis bəy son vaxtlar AFFA-nın özündə çalıışırdı. Texniki Direktorun müavini gedirdi rəsmi sənədlərdə.

Lakin özü də bilmirdi ki, işin, gücünün ad nədir. Dediyi ki, kabinet, kağız-kuğuz onluq deyil. federasiyaya gedib-gəlirdi ki, ayın axrında maaşını alsın. Hər kəs də bilirdi ki, bu, müvəqqətidir,

AFFA onu sakitləşdirmək üçün bir gün sevdiyi sahəyə dönüşünü təmin edəcək. Baxmayın da, Hüseynov adlı-sanlı futbol adamıdır, bəlli bir keçmişi var, əgər yenidən AFFA-ya yönəlik açıqlamalarıyla mətbuat səhifələrini «bəzəsə», bunun axırı yaxşı qurtarmayacaq.

Oqtay Abdullayev, Vidadi Rzayev və başqaları artıq AFFA-nı «top atəşi»nə tutub, görürük ki, «şüşəbənd» arxasında əyləşənlər necə təşviş hissi keçirir. Yunis bəyin danışması isə odun üstünə bir az da benzin tökəcək qədər təhlükəli gəlir federasiyada əyləşənlərə.

O, «Keşlə»də müvəqqətidir. Nə olsun ki, müqavilə 1 illikdir? Dostlar, söhbət «Keşlə»dən gedir e! Həmin klubdan ki, burada müqavilə boş şeydir, ümumiyyətlə, hər şey nisbidir. Eşidə bilərik ki, dünən kontrakta imza atan Hüseynov sabah istefa verib.

Tərlan Əhmədov kimi pulgir, işini itirməmək xatirinə səlahiyyətli şəxslərin qarşısında ikiqat olmağı özünə yaraşdıran şəxs «Keşlə»də heç 2 il qala bilmədi, Yunis Hüseynovun «tikiş»i tutacaq deyirsiz?

Kənardan göründüyü kimi sakit, üzüyola adam deyil o. Hüseynova nə əmr keçər, nə göstəriş. Bir gün dözər, uzağı, iki gün dözər. Üçüncü gün deyər ki, siz sağ, mən salamat, getdim.

Bir də ki, müasir futbol və məşqçilik başqadır, tələbləri, şərtləri günbəgün dəyişir, inkişaf edir. Yunis Hüseynovun bunlarla ayaqlaşıb-ayaqlaşmayacağını zamanla biləcəyik.

«Keşlə»də işləyəcək deyə, güman ki, sadaladığım məqamlar ondan ötrü bir elə fərq eləməsin, əhəmiyyət daşımasın. Burada ona səbr lazım olacaq, dözmək lazım olacaq.

Yaxın vaxtlarda görəcəyik ki, Yunis bəy əsəblərinə hakimdir, yoxsa onun əsiridir. Mədəsi ac, cibi boşdur? Yox. Elə isə 5000-6000 manata görə yaşnın bu çağında özünü millət qarşısında niyə biabır eləsin axı?

VİP-lojsadan deyiləcək bir söz, bir atmaca «fitil»ini çəkəcəksə, növbəti mövsümün ən tez və ən qalmaqallı istefa xəbəri «Keşlə»nin passivinə yazılacaq.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti