"Yunis Hüseynov yaxşı məşqci deyil, amma…"

17 Avqust 2020 11:48 Şamaxı 1 636
"Yunis Hüseynov yaxşı məşqci deyil, amma…"

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu müxtəlif dönəmlərdə iki dəfə komandanın baş məşqçisi olmuş Yunis Hüseynovun "Keşlə"yə təyinat almasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, cənub klubunun nümayəndəsi bununla bağlı sosial şəbəkədə status paylaşıb:

"Türkiyənin ən oxunan, ən azad, ən güclü yazarı Yılmaz Ozdil deyir ki, mən Hulusi Akarla (müdafiə naziri) heç bazara getmərəm. O ki qala döyüşə.

Bu mənada Zaur Axundovla heç marketə də getmək olmaz. Amma Yunis Hüseynovla gedə biləcəyim hər yerə gedərəm. O cümlədən, ölkə tarixinin ən güclü "7" nomrəsi hər kəslə yola gedəcək adamdır.

Axundovla o da yola getməsə, daha deyiləcək söz yoxdur. Yunis müəllim yaxşı məşqci deyil. Amma ölkədə onun qədər doğru futbolçu seçə biləcək, tanıyacaq ikinci mütəxəssis yoxdur.

İllərdir ki, baş məşqci kimi yenidən çalışmaq üçün alışıb-yanan Yunis Hüseynov, ümid edirəm, düzgün transferlərlə vəzifəsinin öhdəsindən gələcək. Zatən, ona güclə heç kəs futbolçu transfer etdirməyi bacarmayıb. Ugurlar!".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti