"Keşlə"nin baş məşqçisi o olsun, yox, qoy, filankəs olsun

14 Avqust 2020 15:04 Şamaxı 982
"Keşlə"nin baş məşqçisi o olsun, yox, qoy, filankəs olsun

Deyəsən, «Keşlə» yeni mövsümə baş məşqçisiz start verəcək.

Komandanı «Sumqayıt»la Premyer Liqanın ilk turuna və Avropa Liqasında «Laçi»yə qarşı oyuna Zaur İsmayılov çıxaracaq.

Tərlan Əhmədovu qapıdan qovan bürünc medalçı sükan arxasıına əyləşdirəcəyi mütəxəssisi avqustun sonu, sentyabrıın əvvəlindən tez müəyyənləşdirməyəcək.

Əslində, Zaur Axundovun öz namizədi var və ona da güvənmək istəyir. Bu, sadəcə, istəkdir. Çünki Müşahidə Şurasının sədrinə də, belə demək mümkünsə, təzyiq və təkliflər var.

Haradan? AFFA «Keşlə»yə münasibətdə «pulu kim verir, mahnını da o sifariş etməlidir» prizmasından yanaşır. Federasiya maliyyəsini ayıırdığı klubun baş məşqçi postuna dediyi məşqçinin gətirilməsinə səy göstərir.

Pis çıxmasın, yaman girişiblər bu məsələyə. Hələlik 2 şəxsin adını çəkirlər - Samir Abbasov və Mahmud Qurbanov. Ən çox da birincinin üzərində dayanııblar.

Ötən mövsümün əvvəlində «Zirə»dən uzaqlaşdırılan Abasovdan ötrü AFFA-nıın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun ürəyi lap sinov gedir.

Bugünə kimi ona azı yığmalarda 2-3 iş təklif edib. İki ayağını bir başmağa cütləyən Samir bəy isə naz-qəmzəsindən qalmayıb, hamısını geri çevirib.

İştahası böyükdür. «Zirə»də fiaskoya uğrayan çalışdırıcı hələ də elə zənn edir ki, o, güclü məşqçidir və iddialı klubda işləyə, uğur qazana bilər. Hələ də bu havayla gəzib-dolaşır və ümid bəsləyir ki, AFFA ona bu imkanıı yarada bilər, yarıtmalıdır.

Gəl ki, Zaur Axundov belə düşünmür. Və düz də edir. Samir Abbasovu «Keşlə»nin kandarından içəri buraxmaq təhlükəlidir. Əvvəla, yola getməyəcəklər. Abasov tipdir. İpə-sapa yatmayan tip.

O, Tərlan Əhmədovun bir başqa formasıdır. Əhmədov futbolçularla olmasa da, heç olmasa, öz-özüylə yola gedirdi. Sabiq «Zirə»li heç özüylə də yola getmir, boş vaxtı kölgəsiylə də dalaşır. Belə biri Zaur Axundovla dil tapandı? Hər gün bir problem çıxacaq.

Çünki Abbasov, loru dillə desək, nə «hır» bilir, nə də «zır». Onunku ancaq «mənəm-mənəmlikdir». Bu isə təbii ki, Axundov kimi zəhmindən yerin yarılmasını xoşlayan bir rəhbər tərəfindən qəbul edilməyəcək.

Bu səbəbdən MŞ sədri adııçəkilən məşqçinin «Keşlə»yə göndərilməsinə qarşıdır. Burada gərək bir od, biri də su olsun. Samir Abbasov benzindir. Zaur Axundov məğlubiyyəti həzm-rabedən keçirməyəcək və 1-2 belə uğursuz oyun izləsə, o dəqiqə səbəbini soruşacaq, hesabat tələb edəcək və əlini stolun üstünə vuracaq.

Onan fikrincə, Zaur İsmayılov daha münasib kadrdır. Həm xaraktercə həlim adamdır, həm də klubun daxili aurasına yaxşı bələddir. Kimin kim olmasını bilməklə yanaşı, rəhbərin başnın üstündən iş görməyəcək.

AFFA prosesə müdaxilə etməsəydi, o, artıq baş məşqçi postuna təsdiqlənmişdi. Hələlik isə bu, yalnız 2 oyunluq onun əlindədir. «Sumqayıt» və «Laçi» ilə qarşılaşmalar ya İsmayılovu qoruyacaq, ya da bu yerə başqasının gəlməsinə yol açacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti