Tərlan Əhmədovdan boşalan «Keşlə»nin baş məşqçi postuna daha bir namizəd irəli sürülüb.
Sportinfo.az-ın məlumatına görə, AFFA Samir Abasovdan sonra Mahmud Qurbanovun xidmətini paytaxt klubuna təklif edib.
Son 2 mövsümdə «Neftçi-2»ni çalışdıran mütəxəssisin burada qalıb-qşalıımayacağı hələ dəqiq bilinmir.
Qurbanov federasiya rəhbərliyinin simpatiya bəslədiyi azsaylı yerli məşqçilərdən biridir. AFFA-nıın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla münasibətləri daha sıxdır.
Millidə Robert Prosineçkinin də köməkçilərindən olmuş «Pro» kateqoriyalı mütəxəssisə Premyer Liqa da yad deyil. O, 8 il öncə «Kəpəz»in sükanı arxasında dayanb.

