Qəbələdə boş otel tapmayıb, kor-peşman geri qayıtdılar

21 İyul 2020 09:28 Şamaxı 2 123
Qəbələdə boş otel tapmayıb, kor-peşman geri qayıtdılar

Avropa Liqasının hazırlığını Şamaxıda davam etdirən «Keşlə»nin nümayəndələri Qəbələyə baş çəkib.

Səfərdə məqsəd yerli otellərdən birində boş yer tapmaq, komandanı qonşu rayonda bura gətirməkdir.

Paytaxt təmsilçisinin rəsmiləri mehmanxanaları tək-tək gəzib-dolaşsa da, istəklərinə çatmayıblar. Onlara bildirilib ki, yerlərin əksəriyyəti tutulub, qalanı da bron edilib. Bəzi otellərin qiyməti isə «Keşlə»liləri razı salmayıb.

Qəbələyə qəfil səfər məcburiyyətdən irəli gəlib. Çünki «Keşlə»nin düşərgəsində növbəti dəfə narazılıq baş qaldırıb. Futbolçular onlara yaradılan şəraitdən şikayətini klub rəhbərliyinin diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti