“Keşlə” qapıçısı Rəşad Əzizli ilə yolları ayırması barədə bu gün məlumat yayıb.
Klubun rəsmi saytında qeyd olunub ki, qolkiperlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Rəşad Əzizli "Zirə" ilə bir illik müqavilə bağlayıb. O, "Keşlə" ilə sözləşməsini mövsümün sonunda yeniləmişdi.
Burada bir qəribə məqam var. "Zirə" U-19 yığmasının qapıçılar üzrə məşqçisi Faiq Əzizovun oğluyla anlaşmasını dünən açıqladığı halda, "Keşlə"nin mətbuat katibi Murad Axundovun indi yadına düşüb ki, belə bir keçid olub.
Əslində, o, bunu "Zirə"li həmkarlarından əvvəl ictimaiyyətə bəyan etməli idi. Görünür, yay "transfer bazarı"nın açılması Axundovu daha vacib saydığı işlərlə məşğul olmağa sövq edir, rəsmən görvəli olduğu sahəyə diqqət göstərməyə vaxt tapmır.
Axı adını çəkdiyimiz adam "3- RRR" şirkətinin çalışanıdır. Sözügedən şirkət futbolçu alqı-satqısı üzrə ixtisaslaşıb və AFFA-ya bağlı şəxslərə aiddir.
Hörmətli Murad bəy "Keşlə"yə də məhz həmin çevrənin təqdimatı ilə gəlib. Bu zat məsul olduğu mətbuat sahəsinə zaman ayırsaydı, yəqin ki, klubda ondan narazı qalmazdılar.
Amma tapşıirıqla gəlib deyə, öz işinin öhdəsindən gəlməməsinə göz yumurlar. Hələ ki…
SPORTİNFO.AZ

