"Keşlə"nin Şamaxıdakı düşərgəsindən ŞİKAYƏT VAR

19 İyul 2020 22:50 Şamaxı 1 739
"Keşlə"nin Şamaxıdakı düşərgəsindən ŞİKAYƏT VAR

Avropa Liqasına hazırlığı Şamaxıda davam etdirən «Keşlə»nin düşərgəsində növbəti dəfə narazılıq baş qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, futbolçular onlara yaradılan şəraitdən şikayətini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Onlar yerli Olimpiya Kompleksinin stadionunda məşq etməyin təhlükəli olduğunu bildirib. Belə ki, süni qazonun drinaj sistemi yoxdur və altı betondur.

Oyunçular Şamaxı toplanışını yarımçıq qoyacaqlarını söyləyib. Vəziyyəti belə görən klub rəsmiləri gözünü Qəbələyə dikib və hazırda buradakı otellərdə boş yer axtarışına çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti