36 yaşlı alman "Keşlə"ni necə çökdürdüklərini açıqladı

20 Yanvar 2020 18:35 Şamaxı 1 551
36 yaşlı alman "Keşlə"ni necə çökdürdüklərini açıqladı

Antalyada keçirdiyi yoxlama görüşündə "Keşlə"yə 4:1 hesabı ilə qalib gələn "Çikau"nun futbolçusu Roni Köniq görüş barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı alman futbolçu "Keşlə" ilə oyunda mütləq qələbə qazanmalı olduqlarını deyib.

"Çünki III Bundesliqanın növbəti turunda qarşılaşacağımız "Maqdeburq"la oyuna yüksək əhval-ruhiyyədə getmək lazım gəlirdi. Bu səbəbdən Azərbaycan klubu ilə matçda qələbə və nəticə vacib idi".

Qol buraxmadan qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. Bununla belə, 4 qol vurduq. Bir hücumçu kimi bizi hər zaman qol vurmaq qane edir. Ümumiyyətlə, bu matçda komanda olaraq yaxşı çıxış etdik".

Digər Xəbərlər
Xəbər Lenti