«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov daha bir futbolçuya öz sərt üzünü göstərib. Sportinfo.az-ın məlumatına görə, o, bu dəfə Lorenzo Frutosa qəzəblənib.
Sədr Tərlan Əhmədovun şikayətindən sonra paraqvaylı hücumçuya ağır sözlər deyib. Baş məşqçi cənubi amerikalı legionerin son vaxtlar məşqlərə can yandırmamasından, meydançaya istəksiz çıxmasından və tənqidləri qulaqardına vurmasından gileylənib.
Axundov bütün bunlardan sonra Frutosu hədələyib. Klubun şefi Premyer Liqanın 14 turu ərzində 6 qol vurmuş forvarda hər an buradan qovula biləcəyi ilə bağlı xəbərdarlıq edib.