"Keşlə"nin futbolçusu Tərlan Əhmədovla davasından danışdı

22 Noyabr 2019 19:21 Şamaxı 1 170
"Keşlə"nin futbolçusu Tərlan Əhmədovla davasından danışdı

"Keşlə"də xoşagəlməz hadisələr bir-birini əvəz edir. Tərlan Əhmədov bu dəfə Murad Qayalının "qələmini qırıb". U-21 yığmasının üzvünə cari mövsüm 1 dəqiqə də olsun şans verməyən baş məşqçi onu əvəzedici heyətə göndərib.

Səbəb müdafiəçinin onq cavab qaytarmasıdır. Daim ehtiyatda qalmasıyla barışa bilməyən Murad məşq zamanı Əhmədovun verdiyi tapşırığı ciddiyə almayıb, nəticədə tərəflərin mübahisəsi düşüb.

Qayalı hadisə barədə Sportinfo.az-a açıqlama verib: "Aramızda bəzi şeylər oldu, Tərlan Əhmədov da məni əvəzedici heyətə göndərdi. Amma o, məni əvəzediciyə həmişəlik göndərməyib.

İnşallah, bu da düzələsi məsələdir. Çünki böyük bir şey olmayıb, baş məşqçi ilə həll edəcəyik. Yüngül bir narazılıq oldu, o da belə bir müvəqqəti qərar verdi.

Deyə bilmərəm ki, məni əvəzediciyə niyə və hansı səbəbdən göndərirsən? Düz çıxmaz. Baş məşqçinin qərarına hörmətlə yanaşıram.

Açığı, Tərlan Əhmədovun nədən belə tapşırıq verdiyini bilmirəm. Yanına gedib soruşmadım. O, niyə mənə şans vermir? Başa düşürsüz də, futbolçu baş məşqçiyə deyə bilmir ki, məni oynatmalısan. Şans düşər, oynayaram.

Əlbəttə, bu vəziyyət məni narahat edir. Əhmədov mənə neçə dəfə deyib ki, sənə inanımımız var, ona görə də bu gün bizimləsən, şansını gözlə, perspektivini görürəm, hər şey yaxşı olacaq. Onun fikirlərinə hörmətlə yanaşıram.

Gənc futbolçuyam, istəyirəm ki, təcrübə toplayım, gündəmdə olum. Ancaq bu gün baş məşqçinin dedikləri ilə razılaşmaq məcburiyyətindəyəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti