"Neftçi"ni uddular, akkreditasiya kartını namaz otağında unutdu - FOTO

10 Noyabr 2019 00:28 Şamaxı 736
"Neftçi"ni uddular, akkreditasiya kartını namaz otağında unutdu - FOTO

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XI tur oyununun ikinci hissəsinə beciksiz (akkreditasiya kartı - red) çıxıb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis matçdan sonra bunun səbəbini açıqlayıb.

O, akkreditasiya kartını fasilə zamanı namaz otağında qoyduğunu bildirib: "Becikim birinci hissədən sonra ibadət otağında qalmışdı. Matçın ikinci hissəsində gətirib verdilər".

Bu mövsümdən etibarən becik taxmayan klub rəsmiləri, o cümlədən, baş məşqçilər AFFA İntizam Komitəsi tərəfindən pul cəzasına məruz qalırlar.

Digər Xəbərlər
Xəbər Lenti