"Keşlə" Premyer Liqanın 6-cı turunda "Zirə"yə 2:0 hesabıyla qalib gələrək, xal ehtiyatını 10-a yüksəltdi və turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
Sportinfo.az-ın məlumatına görə, komandanın baş məşqçisi Tərlan Əhmədov məhz buna görə qurban kəsib.
"Keşlə"nin baş məşqçisi bu məqsədlə Hacıqabula yollanıb və "Pir Hüseyn"i ziyarət edib. Həmin zonada hər kəsin tanıdığı Xanəngaha üz tutan Əhmədov və dostları nəzir-niyaz paylamaqla yanaşı, kabab da çəkib.