Zaur Axundovdan Tərlan Əhmədova xəbərdarlıq - Nəticədən narazıdır

24 Sentyabr 2019 22:00 Şamaxı 604
Zaur Axundovdan Tərlan Əhmədova xəbərdarlıq - Nəticədən narazıdır

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov baş məşqçi Tərlan Əhmədovla bir araya gəlib.

Sportinfo.az-ın məlumatına görə, görüşdə komandanın Premyer Liqanın ilk 5 turundakı çıxışı müzakirə olunub.

O, toplanan 7 xalı qənaətbəxş qiymətləndirməyib. Axundov daha yaxşı nəticə gözlədiyini deyib və avrokuboklara vəsiqə qazanmalı olduqlarını bir daha baş məşqçiyə xatırladıb.

MŞ sədri komandanın hədəfindən uzaqlaşacağı halda, onu iş başında saxlamayacağını Əhmədovun diqqətinə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti