Benin yığmasının müdafiəçisi Azərbaycanda klubunu dəyişdi

02:40 Şamaxı 70
Benin yığmasının müdafiəçisi Azərbaycanda klubunu dəyişdi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb. Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb.

21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub.

"Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax") Uğur Cahangirov ("Karvan-Yevlax"),Ceyhun Bağırzadə ("Qəbələ"), Okan Təhməzli ("Qəbələ"), Hacıəli Şirəliyev ("Difai") Emil Süleymanov, ("Qəbələ"), Nicat Qaragözlü (son klubu "Neftçi"), Joao Oliveira (“Sao Joao de Ver”, Portuqaliya), Teshager Degu (son klubu “İroni”, İsrail) və Tornike Akhvlediani (“İberiya 1999”, Gürcüstan) kluba cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik