Portuqaliya klubundan mərkəz müdafiəçisi tapdılar - FOTO

15 İyul 00:30 Şamaxı 2 192
Portuqaliya klubundan mərkəz müdafiəçisi tapdılar - FOTO

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Portuqaliyadan - “Paredes”dən mərkəz müdafiəçisi Rui Pacheconu heyətinə qatıb.

24 yaşlı futbolçu növbəti iki mövsümü klubun heyətində keçirəcək.

"Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev, Emil Süleymanov ("Qəbələ"), Nicat Qaragözlü və Joao Oliveiranı kluba cəlb edib.

"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı

Digər Xəbərlər
Xəbər Lenti