“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.
"Şirlər” Okan Təhməzli ilə razılıq əldə edib.
Ötən mövsümü I Liqada “Zaqatala”nın heyətində keçirən 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanacaq.
Müqavilə ilə “Qəbələ”yə məxsus olan başa çatan mövsümü “Zaqatala”da icarə əsasında oynayıb.
Maraq üçün bildirək ki, Okana qədər Ceyhun Bağırzadə də Qəbələ - Şamaxı marşrutu ilə iş yerini dəyişmişdi.
“Şamaxı”da baş məşqçi postunda Ayxan Abbasovu Azər Bağırov əvəz edib.
Mövsüm başa çatandan sonra bölgə təmsilçisini 18 futbolçu tərk edib. Əvəzində, Uğur Cahangirov, Emin Rüstəmov, Ceyhun Bağırzadə ilə 2 illik müqavilə bağlanıb, “Sənan Muradlı” “Sumqayıt”dan icarəyə götürülüb.
HƏBİB / SPORTİNFO.AZ

