AFFA-ya ayaq döydü, 1 saat danışdı, xahiş etdi - Millinin baş məşqçisi olmaq istəyirəm

15:00 Şamaxı 362
AFFA-ya ayaq döydü, 1 saat danışdı, xahiş etdi - Millinin baş məşqçisi olmaq istəyirəm

«Şamaxı»nın baş məşqçisi Azər Bağırov yeni sevdaya düşüb.

İyunun əvvəlində «şirlər»lə 3 illik müqaviləyə imza atan çalışdırıcı, deyəsən, aldığı bu qərardan o qədər də məmnun deyil.

Aylıq 13 min manat məvacib qarşılığında «Kəpəz»dən bura gələn mütəxəssis indi də millidə çalışmaq həvəsiylə alışıb-yanır.

Bağırov bu arzu və istəklə AFFA-nın binasına üz tutub, rəhbər şəxslərdən biriylə görüşüb. Federasiyadan əldə etdiyimiz məlumata görə, o, 1 saatdan artıq müddətdə burada olub.

44 yaşlı sükançı «Kəpəz»dən könülsüz ayrıldığını, son ana qədər klub rəhbərliyindən normal şərtlərlə yeni müqavilə təklifi gözlədiyini, lakin onlardan istədiyi cavabı ala bilmədiyini söyləyib.

Tez-tez iş yerini dəyişməyə adətkardə olmuş Bağırov görüşdüyü AFFA mənsubuna öz xahişini dilə gətirib.

Nədir o xahiş? Deyib ki, U-21 yığmasında çalışmaq istəyir və namizədliyi dəstəklənərsə, sentyabrdan etibarən orada fəaliyyət göstərməyə ikiəlli razıdır.

SPORTİNFO.AZ

Maaş üstündə yalan vəd verdi, mübahisə etdilər, ayrıldılar

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti