Premyer Liqa komandası “dağılır” - Baş məşqçinin ayrılacağını bildirlər, çox pul istədilər

17:40 Şamaxı 313
Premyer Liqa komandası “dağılır” - Baş məşqçinin ayrılacağını bildirlər, çox pul istədilər

«Şamaxı» rəhbərliyi çətin vəziyyətlə qarşılaşıb.

Növbəti mövsümlə əlaqəli çalışmalara indidən start verən «şirlər» planlarını həyata keçirməkdə maneə ilə üzləşib.

Bu da maliyyə azlığıyla bağlıdır.

Ayxan Abbasovun mövsümün sonunda iş yerindən ayrılacağını bilən legionerlərin əksəriyyəti onlara təklif olunan yeni müqavilə şərtləri ilə razılaşmır.

Burada ikinci sezonunu keçirən portuqaliyalı qapıçı Rikardu Fernandes başda olmaqla, əcnəbilərin bir çoxu hazırkı maaş büdcəsi qarşılığında kontraktı uzatmaqdan boyun qaçırıb.

İstər Premyer Liqanın digər iştirakçılarından, istərsə də müxtəlif ölkələrdən daha yaxşı təkliflər aldıqlarını bildirərək, rəsmilərin onlara uzanan əlini geri çeviriblər.

2024-cü ilin iyununda «Şamaxı»nın başına keçən Ayxan Abbasov 2 ay sonra yalnız millidə fəaliyyət göstərəcək. AFFA ilə anlaşmaya əsasən, o, 2026-cı ilin sonunadək yalnız yığmada çalışacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti