“Şamaxı”nın müdafiəçisi Alfons Mabula Msanqa “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Tanzaniya yığmasının heyətində növbəti oyunlarını keçirib.
Sportinfo.az xəbər verir ki, Msanqa turnir ərzində hər iki qarşılaşmada məşqçilər heyəti tərəfindən şans qazanıb.
Tanzaniya millisi turnirə Lixtenşteyn ilə oyunla başlayıb. Həmin görüşdə Alfons Mabula Msanqa 65 dəqiqə meydanda mübarizə aparıb.
Lakin gərgin keçən matç Tanzaniya yığmasının minimal hesablı (0:1) məğlubiyyəti ilə yekunlaşıb.
İkinci sınağında Makao ilə qarşılaşan Afrika təmsilçisi rəqibini 6:0 hesabı ilə darmadağın edərək inamlı qələbə qazanıb. Msanqa bu qarşılaşmada 45 dəqiqə meydanda olub.

