COP29

Dünən görəvə gəldi, bu gün 2 köməkçi gətirdi

28 Noyabr 2023 14:40 Şamaxı 971
Dünən görəvə gəldi, bu gün 2 köməkçi gətirdi

«Şamaxı»nın yeni baş məşqçisi Ramiz Məmmədov öz korpusunu formalaşdırmağa başlayıb.

Dünən I Liqa klubunun sükanı arxasına keçən təcrübəli mütəxəssis artıq iki yardımçısının kimliyini müəyyənləşdirib.

Onlardan biri vaxtilə «Qəbələ»də bərabər çalışdığı Mehman Baxışovdur.

Həmçinin son olaraq «İmişli»də işləmiş Məqsəd Yaqubəliyev «Şamaxı»ya gəlməyə razılıq verib.

Əyalət təmsilçisi ilk dövrədə zəif çıxışıyla yadda qalıb.

Premyer Liqaya iddiası olan «Şamaxı» Vüqar Əsgərlinin rəhbərliyi altında cəmi 15 xal toplaya bilib və turnir cədvəlinin 5-ci sırasında yer alıb. Bu səbəbdən onunla yollar ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"