“Şamaxı”lılar bunu bilsin ki… MARAQLI FAKT ÜZƏ ÇIXDI!

27 May 2023 19:40 Şamaxı 1 515
“Şamaxı”lılar bunu bilsin ki… MARAQLI FAKT ÜZƏ ÇIXDI!

Son turun ən maraqlı qarşılaşması bu gün “Səbail”lə “Şamaxı” arasında baş tutacaq.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan iki komanda münasibətlərinə öz aralarındakı oyunda aydınlıq gətirəcək.

“ASCO Arena”dakı qarşılaşma bölgə təmsilçisi üçün təhlükə vəd edir.

İş burasındadır ki, Bayıdakı stadion meydan sahibləri üçün düşərlidir. “Dənizçilər” cari mövsümdə aktivinə yazdığı 26 xalın nə az, nə çox, 19-nu məhz “ASCO Arena”da qazanıb.

“Səbail” cari mövsümdəki 17 ev qarşılaşmasının 5-ni qalibiyyətlə başa vurub, 4-də heç-heçə edib, 8 matçda meydanı məğlubiyyətlə tərk edib.

Səfərdəki 18 görüşün statistik göstəricisi “dənizçilər” üçün ürəkaçan deyil: 1 qələbə, 4 heç-heçə, 13 məğlubiyyət.

“Şamaxı” ilə oyunda bu faktın nə dərəcədə işə yarayacağı 90 dəqiqənin yekunu göstərəcək. Qonaqlar üçün çətin olacağı 100 faiz dəqiqdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"