
Premyer Liqada mövsümün başa çatmasına cəmi 2 tur qalıb.
«Səbail»lə «Sumqayıt» liqada qalmaq uğrunda mübarizə aparır.
Hazırda onları bir-birindən 1 xal ayırır. Bayıl təmsilçisi 25 xalla 9-cu, «Şamaxı» 24 xalla 10-cu pillədə yer alıb.
Hər iki klubun rəhbərliyi futbolçuların motivasiyasını artırmaq üçün bütün gücünü səfərbər edib. Burada, təbii ki, əsas stimul mənbəyi puldur.
İkisi də mükafatın məbləğini artırıb. Amma aradakı fərqin böyük olmasını, varlı-kasıb söhbətini görməkdəyik.
«Dənizçilər» ənam rəqəmini 5000 manata çatdırıb. Bu, əsas heyət üzvərinin hər birinə vəd olunan vəsaitdir. «Şamaxı»da isə maksimum hədd 1500 manatdır.
SPORTİNFO.AZ