Başıqapazlı "Şamaxı"… Yoxdur artıq

5 Dekabr 2022 10:40 Şamaxı 552
Başıqapazlı "Şamaxı"… Yoxdur artıq

Turun sensasiyası Masazırda qeydə alındı.

Premyer Liqanın əks qütblərində yer alan kmandadaların duelində qalib gələn olmadı.

Çempionluq mücadiləsi verən «Sabah» aşağı dəstəyə düşməmək üçün «ölum-dirim» savaşına qatılan «Şamaxı»nın öhdəsindən gələ bilmədi.

Oyunun əvvəli 1:1-dən xəbər vermirdi. İkinci dəqiqədə hesabı açan «Sabah»ın bütün futbolçuları inandı ki. qələbə onlarındır, böyük fərqlə autsayderi diz çökdürəcəklər.

«Şamaxı» erkən qoldan bayılmadı, dirəndi. Öz oyun nizamını itirmədi, ona sadiq qaldı. Yerli-yersiz hərəkət etmədilər, böyük qüvvə ilə irəli atılmadılar.

Cavid Hüseynov hissə qapılmadı, müdafiəni boşaltmadı. Təlaşa düşən göldə batar, səbr edən canını qurtarar.

Rəvan Həmzazadə iki dəfə əlini cibinə atdı, «qırmızı» çıxardı. 25-ci dəqiqədə Kristian Sebalyosu, bundan 50 dəqiqə sonra Elçin Mustafayevi oyundan «atdı».

Qonaqların oyunçu sayı bərabərləşəndən sonra hesabı da bərabərləşdirməsi qəhrəmanlıqdır.

O qol «Sabah»a yox, ortabab bir rəqibə vurulsaydı, başqa məsələ: dəyəri bu qədər olmazdı.

«Şamaxı» qazandığı 1 xalla Premyer Liqada qalmaq yolunda mühüm addım atdı. Artıq daha istəkli və özünəinamlı olacaqlar.

Başıqapazlı «Şamaxı» qaldı mövsümün əvvəlində.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"