Cavid Hüseynova 11 futbolçu və daha nə(lər) lazımdır?

29 Avqust 15:00 Şamaxı 1 464
Cavid Hüseynova 11 futbolçu və daha nə(lər) lazımdır?

Premyer Liqanın dördüncü turu «Şamaxı»nı «Qarabağ»ın qonağı etdi.

Son çempion ehtiyat qüvvə ilə qonaqlarının qarşısına çıxdı və 4 cavabsız qola 3 xala sahibləndi.

Məncə, «Şamaxı»lılar hesaba üzülməməlidir. Sevinə də bilərlər. Ona görə ki, «Qarabağ» istədiyi qədər qol vurmadı.

Bir az da temp versəydilər, daha 4-5 dəfə tablodakı rəqəmləri hərəkətə gətirəcəkdilər.

Cavid Hüseynova minimum 11 yeni futbolçu lazımdır. Bir o qədər də ehtiyat qüvvə. Futbolda nəticəni yalnız kor-koranə oynamaqla, qaçmaqla, hoppanıb-düşməklə əldə etmək olmur.

«Şamaxı»da bunların hamısı var, keyfiyyətdən başqa. Keyfiyyətin olması isə pula, imkana bağlıdır.

Deyilənə görə, klubun yeni rəhbərliyi uzaqmənzilli hədəflərlə yola çıxıb, indi sadəcə, vaxt udurlar.

Gözləyirlər ki, bir az zaman gəlib keçsin, struktur tam qursunlar, şəraiti qaydasına salsınlar.

Onda, yəqin ki, Cavid Hüseynov bu futbolçuların birini də sərəncamında görmək istəyəcək. Hələlik məcburdur olanlarla kifayətlənməyə.

Bu heyətdən yalnız Şamaxıda nəsə gözləməyə dəyər. Doğma divarlar arxasında sürpriz edə bilərlər. O da arabir. Oradan kənara çıxanda isə… Göründüyü kimi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 15:30 Mötərizədəki Qarabağ
9 Dekabr 11:40 Abbasovun BAŞI DƏRDDƏ