"O, planşeti niyə vurub sındırdı? "Açığı, çox hirslənmişdim" - VİDEO

17:40 Şamaxı 822
"O, planşeti niyə vurub sındırdı? "Açığı, çox hirslənmişdim" - VİDEO

«Mənim o hərəkətim hakimlərə qarşı deyildi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın baş məşqçisi Ayxan Abbasov deyib.

«Şirlər» Premyer Liqanın 26-cı turunda «Zirə»nin qonağı oldu. Qonaqların çalışdırıcısı 1:1 bitən matçın ikinci hissəsində diqqət mərkəzinə düşdü.

Komandasının yarımmüdafiəçisi Dioqo Balaunun 53-cü dəqiqədə birbaşa qırmızı vərəqə almasından 1 dəqiqə sonra texniki zona qaydalarını pozdu. Meydana daxil olduğu üçün Elçin Məsiyev ona sarı vərəqə göstərdi.

Təcrübəli çalışdırıcı bunun ardınca öz yerinə qayıdaraq, planşeti qırdı.

Köməkçilərinin «qırmızı» epizoduna baxdığı anda əsəblərini cilovlaya bilməyən Abbasovun hərəkəti birmənalı qarşılanmadı: görəsən, o, niyə belə davrandı, kimə etiraz etdi?

Səbəbkar olayın səbəbini bizə bu cür izah eləyib:

«Mən Balaunun «qırmızı» almasına əsəbiləşmişdim. O, həmin an texniki zonanın yaxınlığında dayanmışdı.

Sorşdum ki, hesabda geriyik, niyə belə elədin? Balau da cavab verdi ki, rəqibin ayağına qəsdən toxunmadım, baş hakim sarı vərəqə göstərməli idi.

Cavab verdim ki, sən axı onun ayağını tapdaladın. Birinci hissədə də meydanda oxşar hadisə baş vermişdi.

Brahim Konate Dioqo Balaunun ayağını eyni cür tapdaladı, Elçin Məsiyev rəqibin fransalı yarımmüdafiəçisinə heç sarı vərəqə də göstərmədi. Açığı, çox hirslənmişdim».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti