"Hələ heç kimlə danışıqlara hazır deyilik"

21 Noyabr 2020 11:40 Səbail 727
"Hələ heç kimlə danışıqlara hazır deyilik"

"Hələ heç kimlə danışıq aparmırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Cənubi Afrika Respublikasında kifayət qədər populyar olan "soccerladuma.co.za" saytı məlumat yayıb bildirib ki, Hendrik Ekşteyn "Səbail"lə yeni müqavilə imzalaya bilər.

Yerli həmkarlarımızın iddiasına görə, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra paytaxt təmsilçisi ilə danışıqlara başlayacaq.

İddiaya görə, bu ilin əvvəlində "Sabah"ı "Səbail"ə dəyişən oyunçu 2021-ci ilin yayınadək olan sözləşməsinin müddətini uzatmaqda maraqlıdır.

Cənubi Afrika Respublikasından olan futbolçunun yenidən ölkəsinə qayıtmaq ehtimalı da istisna edilmir.

Hacıyev bu barədə danışmağın tez olduğunu bildirib: "Ekşteynlə müqaviləmiz sezon sonuna kimidir. "Ondan razıyıq, amma hələ heç kimlə danışıqlara hazır deyilik, Bu haqda qışda düşünmək olar.

İndi bizi qarşıdakı oyunlar düşündürür. Açığı, yeni ilədək nə hansısa futbolçunu yola salmaq, yaxud gətirmək fikrimiz var. Bütün transfer çalışmalarını dayandırmışıq. Bu heyətlə ili başa vuracağıq".

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM