"Sabah" Təmkin(ini) itirdi

8 Fevral 2020 11:48 Səbail 1 402
"Sabah" Təmkin(ini) itirdi

"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə cəzalı duruma düşüb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında sarı vərəqə alıb.

Çempionatda dördüncü dəfə xəbərdarlıqla üzləşən Xəlilzadə limiti aşıb. O, növbəti turda "Sumqayıt"la səfər oyununu buraxmalı olacaq.

Təmkin Xəlilzadə əvvəlki sarı vərəqələrini I turda "Neftçi" ilə səfər (1:1), V və XI turlarda "Sumqayıt"la səfər (0:1) və ev (1:3) oyunlarında alıb.

Digər Xəbərlər
Xəbər Lenti