"Azərbaycan klubuna qarşı hər şeyi əla etdik"

3 Fevral 2020 19:15 Səbail 804
"Azərbaycan klubuna qarşı hər şeyi əla etdik"

“Olimpik”in baş məşqçisi Visente Qomes qış fasiləsindəki hazırlıq prossesini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Səbail” qarşı keçirilən yoxlama oyunundan da danışıb:

“Hazırlıq pis keçmədi. Heyətimizə yeni oyunçular cəlb etdik. Yoxlama görüşləri bizim üçün yaxşı fürsət idi. Həmin oyunlarda yeni futbolçuların nəyə qadir olduğunu görməyə çalışdıq.

Bəzi qarşılaşmalarda komandamı bəyəndim. Məsələn, “Səbail”ə qarşı hər şeyi əla etmişdik. Çalışıb bu oyunu davamlı göstərməliyik”.

“Olimpik” yoxlama oyununda “Səbail”ə 3:1 hesabı ilə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti