"Vəziyyətin yaxşı olmadığını hamımız bilirik" - RIBKA

1 Dekabr 2019 17:29 Səbail 767
"Vəziyyətin yaxşı olmadığını hamımız bilirik" - RIBKA

"Hamı düşdüyümüz vəziyyəti yaxşı dərk edir. Ona görə də meydana çıxıb mübarizə aparır, xal qazanmaq üçün əlimizdən gələni edirik".

Bu sözləri Premyer Liqanın XIII turunun "Neftçi" ilə oyunundan sonra "Səbail"in qapıçısı Aleksandr Rıbka Sportinfo.az-a açıqlamasında deyib. Qolsuz heç-heçəni şərh edən ukraynalı qolkiper vəziyyətdən çıxmaq üçün nəyisə dəyişməli olduqlarını söyləyib:

"Bugünkü oyun da necə mübarizə apardığımızı göstərdi. Hər bir matçda bütün gücümüzü ortaya qoyuruq. Bütün futbolçular vəziyyətin yaxşı olmadığını bilir və buna görə narahatdır. Hamı məşqdə əlindən gələni edir. Nəyisə dəyişməliyik. Bütün komanda hazırkı durumdan çıxmaq üçün bacardığını edir".

32 yaşlı qapıçı komandadakı problemlərdən söz açmaq istəmədiyini bildirib: "Problemlər haqda danışmaq istəmirəm. Bu gün yaxşı mübarizə apardıq və vacib xal qazandıq".

Rıbka matçın sonlarında Ağabala Ramazanovun penaltini qaçırmasına da münasibət bildirib: "Futbolda belə hallar olur. Hərdən alınır, hərdən alınmır. Qorxulu heç nə yoxdur. Düşünürəm ki, birlikdə vəziyyətdən çıxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti