Baş məşqçi "Səbail"in futbolçusu haqda - "Lazım gəlsə, kötəkləyəcəm"

11 Noyabr 2019 19:17 Səbail 1 104
Baş məşqçi "Səbail"in futbolçusu haqda -

Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Yevgeni Koçuk, Ketelin Karp, Virciliu Postolaçi kimi futbolçuları yenidən komandaya cəlb etməsindən danışıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, türkiyəli məşqçi "Millidən üz döndərənləri yenidən necə qaytardınız" sualına maraqlı cavabla diqqət çəkib:

"Bəlkə də buna qədər problemləri olub. Amma biz hər şeyə sıfırdan başlayırıq. Onlara dəstək lazımdır. Bunu etsəz, mütləq gələcəklər. Xüsusi heç nə etmədim. Sadəcə, özləri ilə danışdım. Nə istədiyimi başa düşdülər.

Bütün futbolçular öz aralarında onlara olan inamımdan danışır. İnsanların qarşısında onları müdafiə edəcəm, komanda daxilində isə lazım gəlsə, kötəkləyəcəm".

Qeyd edək ki, "Səbail"də çıxış edən Koçuk Moldova millisinin əvvəlki baş məşqçisi Semyon Altmanla yola getmədiyi üçün yığmanın düşərgəsini özbaşına tərk etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti