Millinin sabiq məşqçisinin oğlu Premyer Liqa klubunda

13 İyul 2024 13:40 Səbail 3 274
Millinin sabiq məşqçisinin oğlu Premyer Liqa klubunda

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Səbail" daha iki futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Dənizçilər" yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbəzadə ilə müqavilə imzalayıb.

Hər iki gənc ötən mövsümü I Liqada keçirib. Əlirza sezona "İrəvan"da başlayıb, yeni ildən sonra "Difai"yə üz tutub.

Gülağa isə bu müddətdə "İmişli"nin formasını geyinib. O, millinin sabiq məşqçisi Arif Əsədovun oğludur.

Digər Xəbərlər
Xəbər Lenti