
Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çelikin "Səbail"ə keçidi rəsmiləşib.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, onunla 1 illik müqavilə imzalayıb.
U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu komandada 20 nömrəli formada çıxış edəcək.
"Səbail" daha əvvəl Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruççanı transfer edib.