"Bu qədər işçinin əməyini yerə vurmamağa çalışırıq"

21 Aprel 19:40 Səbail 434
"Bu qədər işçinin əməyini yerə vurmamağa çalışırıq"

"Səbail" sona 5 tur qalmış sonuncu pillədə yer alır.

9-cu sıradan yer alan "Kəpəz"dən nə az, nə çox 8 xal geridir.

Deyəsən, Bayıl təmsilçisi üçün Birinci Liqa çox yaxında kimi görünür.

Futbol ictimaiyyətində də bu komandaya qarşı bir neqativlik hiss olunur.

Əbəs deyil ki, əksəriyyət "dənizçilər"in liqanı tərk etməsini arzulayır.

Ancaq bu cür münasibət "Səbail" futbolçularında hər hansı qıcıq yaratmır.

Bunu Sportinfo.az-a açıqlamasında komandanın yarımmüdafiəçisi Fərid Nəbiyev dilə gətirib:

"Niyəsini bilmirəm. Amma daxildə vəziyyət başqadır. Heç bir məşqçi və futbolçu aşağı liqanı istəməz. Həmçinin də bizim kollektiv.

Çünki klubda tək bizlər yox, yüzlərlə işçi çalışır. Onların da əziyyətini yerə vurmamağa çalışırıq. İnşallah, tezliklə bu vəziyyətdən çıxarıq. Ümid sonda ölür".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!