“Tamamilə fərqli oyun olacaq”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy Lens Mikels
30 yaşlı almaniyalı Çempionlar Liqasındakı ilk oyununda “Mançester Yunayted”lə səfər qarşılaşması haqda danışıb. O, İngiltərə klubunun oyun üslubunun “Sabah”a uyğun ola biləcəyini düşünür:
“Ümid edirik ki, topa sahib ola biləcəyik, çünki topa nəzarət etməyi sevirik. Amma bilirik ki, Mançesterdə oynayacağıq və müəyyən qədər əziyyət çəkməli olacağıq.
Çətin qarşılaşma olacaq. Düşünürəm ki, “Mançester Yunayted”in oyun üslubu da bizə müəyyən mənada uyğun gələcək.
Çünki bilirsiz, Premyer Liqada oyunlar sürətli əks-hücumlar üzərində qurulur. Buna görə də "Mançester Yunayted"ə qarşı necə oynayacağımızı görmək çox maraqlı olacaq”.
