"Mançester Yunayted"lə oyun bizə mane olmurdu"

19:00 Sabah 146
"Mançester Yunayted"lə oyun bizə mane olmurdu"

"Sabah" Premyer Liqanın 4-cü turunda "Zirə"ni irihesabla məğlub etdi - 5:0.

Qarşılaşmadan sonra "bayquşlar"ın müdafiəçisi Tellur Mütəllimov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu nəticəyə rəğmən asan qələbə olmadığını bildirib:

"Oyuna çox ciddi hazırlaşmışdıq. Meydanda planımızı düzgün yerinə yetirdik və əlimizə düşən imkanlardan yaxşı istifadə etdik.

Hesab böyük olsa da, oyun bizim üçün heç də asan deyildi".

Mütəllimov "5 gün sonra “Mançester Yunayted”ə qarşı oynayacağınızı düşünəndə “Zirə”yə qarşı adaptasiya olmaq çətin deyildimi" sualına isə bu cür reaksiya verib:

"Xeyr. Biz hər oyuna ayrıca yanaşırıq. Bu gün bütün diqqətimiz “Zirə” ilə oyunda idi. İndi isə bu oyunu geridə qoyub “Mançester Yunayted” matçına hazırlaşacağıq".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti