“Dəli kimi ağlamağa başladım, özümə söz verdim ki...”

7 Sentyabr 23:20 Sabah 105
“Dəli kimi ağlamağa başladım, özümə söz verdim ki...”

“Yaşadığım hissləri sözlərlə ifadə etmək çətindir. Bu, həyata keçən saf arzudur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın polşalı legioneri Timoteuş Puxaç Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə (Beer-Şeva) 5:2 hesabı ilə qalib gbldikləri cavab oyunu haqda ölkəsinin mətbuatına açıqlamasında deyib.

Sol cinah müdafiəçisinin sözlərinə görə, hesab 4:2 olduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

“Coy-Lens Mikels 5-ci qolu vurduqdan sonra isə dəli kimi ağlamağa başladım”, - deyə o, bildirib.

Əlavə vaxtın ilk dəqiqəsində əvəzlənən Puxaç bunun səbəbini də açıqlayıb:

“75-ci dəqiqədən sonra artıq yorulduğumu hiss etdim. Özümə söz verdim ki, oyun əlavə vaxta getsə, baş məşqçidən mütləq əvəzetmə istəyəcəyəm”.

Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq polşalı futbolçu üçün xüsusi əhəmiyyət kəsb edir.

Uşaqlıqdan Lionel Messi və Kriştianu Ronaldu da daxil olmaqla, öz dövrünün ən böyük ulduzlarını izlədiyini deyən Puxaç hər zaman bu turnirdə oynamağı arzuladığını vurğulayıb.

İndi isə o, Çempionlar Liqasının himnini meydanda eşidəcək: “Orada oynayacağıma həqiqətən inanırdım. Bu, çox möhtəşəm səslənir”.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrail klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq