“Qarabağ” bizi məcbur etdi ki...”

17 Aprel 02:40 Səbail 278
“Qarabağ” bizi məcbur etdi ki...”

"Qarabağ"a qarşı bizi çətin oyunun gözlədiyini bilirdik.

Bu cür də oldu. Rəqibi təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in kapitanı Yusif Nəbiyev Premyer Liqanın 30-cu turunda "Qarabağ"a məğlubiyyət (1:4) haqda deyib.

O, komandasının Ağdam klubu ilə görüşdəki uğursuz çıxışını bu cür dəyərləndirib:

"Xal qazanmaq üçün kifayət qədər motivasiyamız var idi. Lakin biz tez-tez səhvlərə yol verdik.

“Qarabağ” bizi səhvlərə məcbur etdi. Buna baxmayaraq biz sonuncu yerlə barışmamışıq.

Doğrudur, “Kəpəz”lə xal fərqimiz kifayət qədərdir. Amma hələ son tura qədər şansımız var, mübarizə aparacağıq".

"Səbail" 30 turdan sonra 20 xalla 10-cu pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!