Premyer Liqa klubunun yeni baş məşqçisi məlum oldu - SON DƏQİQƏ

17 Mart 10:40 Səbail 2 173
Premyer Liqa klubunun yeni baş məşqçisi məlum oldu - SON DƏQİQƏ

"Səbail"in yeni baş məşqçisi məlum olub.

Əldə etdiyimiz məlumata görə, Bayıl təmsilçisini Elvin Məmmədov çalışdırıcaq.

Onunla mövsümün sonuna kimi anlaşma əldə olunub.

Məmmədov "Səbail"ə yad sima deyil. Gənc mütəxəssis daha əvvəl "Səbail"in U-19 komandasını çalışdırıb.

Şahin Diniyevin istefaya getməsindən sonra Premyer Liqanın 13-cü turuna təsadüf edən "Turan Tovuz"la (1:1) görüşə komandanı o hazırlamışdı.

Məmmədov sabiq baş məşqçi Cavid Hüseynovun korpusunda da yer alırdı.

Premyer Liqanın 26-cı turunda "Neftçi"dən alınan məğlubiyyətdən (1:2) sonra Cavid Hüseynovla yollar ayrılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var