Bakının adını çəkdi, xanımından irad eşitdi: “Niyə daha öncə getmirdin?”

30 Yanvar 23:00 Səbail 5 011
Bakının adını çəkdi, xanımından irad eşitdi: “Niyə daha öncə getmirdin?”

“Səbail”in yeni transferi Marko Nikoliç Azərbaycanda gördüklərindən ağızdolusu danışır.

26 yaşlı serbiyalı müdafiəçi ölkəmiz haqda eşitdikləri ilə kifayətlənsə də, burada olduğu qısa müddətdə hər şeyi öz gözləri ilə görüb.

Nikoliç Sportinfo.az-a verdiyi açıqlamada Azərbaycanla bağlı danışarkən, maraqlı məqama toxunub:

“Serbiya dövlət Prezidentinin (Aleksandr Vuçiç) yerli mətbuatdakı açıqlamalarını oxusaz, heç bir ölkə barədə müsbət fikirlər səsləndirdiyini görməzsiz.

Lakin Azərbaycanla bağlı ağızdolusu danışır. Hər zaman deyir ki, Azərbaycan bizə qardaş ölkədir. Bu, iki ölkə və iki ölkənin insanları arasındakı dostluq bağlarından xəbər verir”.

Marko ailəlidir. Lakin Bakıda tək yaşayır. Paytaxtımızla bağlı təəssüratlarını həyat yoldaşına danışanda, o, ərinə irad bildirib:

“Bakıda hələ ki, tək yaşayıram. Xaımım Serbiyada işlədiyindən, gələ bilmir. Ancaq mütləq gələcək. Çünki hər ikimiz tək qalmaq çətindir. Qazaxıstanda oynayanda yanımda qalırdı.

Həyat yoldaşımla danışanda, dedim ki, bura inanılmaz dərəcədə gözəldir, bir neçə il Azərbaycanda oynamaq istəyirəm. Şəhəri təsvir etdim, şəkillər göstərdim.

Bilirsiniz, nə dedi? Dedi, niyə Azərbaycana daha öncə getmirdin?”

İndiyə qədər beş fərqli ölkədə top qovan Nikoliç vətəni Serbiyada “Zemun”, “İndiya”, “Rad”ın, Ukraynada Kiyev “Arsenal”ın, Macarıstanda “Debretsen” və “Budafoki”ın, Litvada “Riteryay”ın, Qazaxıstanda “Aksu” və “Turan”ın formasını geyinib.

HƏBİB

Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?