Premyer Liqa təmsilçisi I Liqanın komandası ilə razılaşdı

8 Oktyabr 2024 20:40 Səbail 2 158
Premyer Liqa təmsilçisi I Liqanın komandası ilə razılaşdı

Premyer Liqanın 9-cu turunda “Şamaxı” üzərində 2:0 hesabı ilə qələbə qazanaraq “qara zolaq”dan çıxan “Səbail”də istirahət müddəti başa çatır.

Baş məşqçi Şahin Diniyev şənbə günü baş tutan oyundan sonra futbolçularına 3 günlük fasilə verib.

Odur ki, kollektiv oktyabrın 9-da “ASCO Arena”da bir araya gəlib, “Neftçi”ylə oyunun hazırlıqlarına başlayacaq.

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə “dənizçilər” yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Rəqib I Liqanın iddialılarından sayılan “Baku Sportinq”dir. Oktyabrın 13-də “ASCO Arena”da keçirilməsi nəzərdə tutulan qarşılaşma saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda