COP29

"Bu qədər əziyyət çəkmişdik, ani diqqətsizlik vəziyyəti bu yerə çatdırdı”

16 Aprel 16:40 Səbail 929
"Bu qədər əziyyət çəkmişdik, ani diqqətsizlik vəziyyəti bu yerə çatdırdı”

Avrokuboklara vəsiqəni hədəfləyən “Səbail” bu yolda önəmli xallar itirdi.

Doğma meydanda “Kəpəz”i qəbul edən “dənizçilər” ilk hissədə 2 top fərqi ilə geri düşsələr də, ikinci yarıda vurulan 3 qolla geridönüş etməyi bacardılar.

Lakin matç son saniyələrində səhnəyə çıxan Mate Kvirkviya uzaq məsafədən dəqiq zərbə ilə möhtəşəm qola imza yazdırmaqla həm komandasını “Araz-Naxçıvan”a yaxınlaşdırdı, həm də “Səbail”i avrokubok zonasından uzaq saldı.

Oyundan sonra komandanın kapitanı Adil Nağıyev Sportinfo.az-a açıqlamasında 3:3 hesablı bərabərliyi şərh edib:

“Bu oyunda 3 xal bizə hava-su kimi lazım idi. İlk hissədə istədiyimiz kimi oynaya bilməsək də, fasilədən sonra toparlanıb 3 qol vurduq.

Hər yaxşı yaxşı gedirdi. Son saniyələrdə buraxdığımız qol bizi qələbədən etdi.

Rəqibin bəxtinin gətirdiyini deməliyəm. Həmin futbolçu oradan 10 zərbə vursaydı, bəlkə də heç biri qapıya daxil olmazdı.

Bu qədər əziyyət çəkmişdik, ani diqqətsizlik vəziyyəti bu yerə çatdırdı”.

Premyer Liqanın 30-cu turundan sonra 39 xal toplayan “Səbail” 7-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti