COP29

"Azərbaycanda dayanmaq olmaz, qaçmalısan" - Avropa çempionu müqayisə etdi

20 Fevral 23:40 Səbail 972
"Azərbaycanda dayanmaq olmaz, qaçmalısan" - Avropa çempionu müqayisə etdi

“Niderland və Azərbaycan çempionatları arasında fərqlər var. Burada oynadıqca fərqləri görürəm”.

Niderlandın U-17 millisi ilə Avropa çempionu adını qazanmış Süleyman Alluş vətəni ilə ölkəmizin çempionatlarını müqayisə edib.

17 yaşında Eerste Divizionda (sayca ikinci liqa) debüt edən, son 5 ildə “Alkmaar”ın əvəzedici heyətində və “Venlo”da forma geyinən 22 yaşlı vinger “Səbail”in son transferidir.

Alluş “dənizçilər”in heyətində Premyer Liqada və ölkə kubokunda 2 oyunun həyəcanını hiss etməklə üst-üstə 87 dəqiqə meydanda olub.

Və bu zaman kəsiyində onda Azərbaycan futbolu haqda müəyyən təəssüratlar yaranıb:

“Azərbaycanda aqressiv futbol nümayiş etdirirlər. Sərtlik və kobudluq çoxdur, hər zaman qaçmalı, pressinq etməlisən.

Qəti şəkildə dayanmaq olmaz. Avropada daha çox futbolçunun keyfiyyəti ön plana çıxır.

Texniki bacarığı, təcrübəsi və sair. Orada topla rəftar, kombinasiyalı oyun olduqca vacibdir. Azərbaycanda gücə daha çox yer verilir”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!