
"İndidən avrokuboklar haqda düşünməyimiz doğru olmaz".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in legioneri Nir Bardea deyib.
Ion olaraq "Makkabi"də (Bney-Reyneh) forma geyinmiş, cari ilin yayından ölkəmizdə çıxış edən israilli müdafiəçi qitə miqyaslı yarışlara qatılmaq iddiası barədə bunları söyləyib:
"Qarşıdan gələn oyunlara baxırıq və ayrı-ayrı matçlara hazırlaşırıq. Qələbələrin davamını gətirək, sonda necə olacağını mövsümün sonunda görəcəyik".