 
            “Səbail” Premyer Liqanın 35-ci turunda “Turan Tovuz”un qonağı oldu.
Debütant Şəhriyar Əliyev və Ayxan Quseynovun vurduğu qollarla 2:0 önə keçsə də, bu üstünlüyünü qoruya bilmədi.
Franko Mazurek və Qoba Zakpa qonaqları məğlubiyyətdən xilas etdi. “Dənizçilər” bu 1 xal sayəsində 9-cu pillədəki yerini qorudu,”Şamaxı” ilə son matç öncəsi üstünlük əldə elədi.
Bayıl təmsilçisinin rəhbərliyi Tovuzdan heç-heçə ilə dönən komandanı mükafatlandırıb. Əsas heyətdə meydana çıxan futbolçuların hər birinə 1200 manat ödənilib.
SPORTİNFO.AZ
 

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            