Kapitandan kənarda qalmasına REAKSİYA: "Bunu baş məşqçidən soruşsaz, daha yaxşı olar"

11 Mart 2023 14:40 Səbail 585
Kapitandan kənarda qalmasına REAKSİYA: "Bunu baş məşqçidən soruşsaz, daha yaxşı olar"

Şahin Diniyevin “Səbail”ə gəlişindən sonra adı “qara siyahı”ya düşən yerli futbolçulardan biri də Rahid Əmirquliyev oldu.

Rahid Bayıl təmsilçisinin ən təcrübəli simalarından biri və kapitanı olsa da, demək olar meydana çıxmaq fürsətindən məhrumdur.

Təcrübəli mütəxəssis qışdan sonra keçirilən 7 görüşdən yalnız birində ona oynamaq imkanı verib. O da “Sabah”la səfər matçında.

Maraqlıdır, Diniyevin kapitana qarşı belə münasibətinin kökündə nə durur? Futbolçu oynamağa hazır deyil, yoxsa çalışdırıcı qərəzli mövqe tutur?

Suallarımıza cavab olaraq 33 yaşlı yarımmüdafiəçi bunları dedi:

“Az şans qazanmağımın səbəbin vallah bilmirəm. Bunu Şahin müəllimdən soruşsanız daha yaxşı olar.

Bəli, "Sabah"la oyunda oynadım, onda da qırmızı vərəqə aldım. Amma ondan sonrakı matçlarda da şans qazanmadım.

Bu, məşqçinin verdiyi qərardır. Ona görə bu haqqda artıq heç nə deyə bilmərəm. Düzdü, hazırda zədəliyəm.

Ancaq zədəyə kimi özümü hazır hiss edirdim. Düşünürəm ki, oynamağa gücüm var.

Ehtiyatda qalmağım sırf baş məşqçinin qərarıdır. Hər dəfə demişəm, indi də təkrar edirəm ki, baş məşqçinin verdiyi qərara hörmətlə yanaşıram”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti