Paytaxt klubu axtardığı legioneri Rumıniyada TAPDI

23 Yanvar 2023 23:40 Səbail 1 189
Paytaxt klubu axtardığı legioneri Rumıniyada TAPDI

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Belə ki, Andrey Pitian paytaxt klubuna keçməyə yaxındır. Onunla danışıqlar yekunlaşmaq üzrədir.

Rumıniyalı futbolçu mərkəz müdafiəçisidir. O, müdafiənin sağ cinahında çıxış etməyi də bacarır.

Ölkəsinin gənclər millisində 2 oyun keçirmiş arxa xətt oyunçusunun karyerası daha çox vətəni ilə bağlıdır.

Yalnız 2017-2018 mövsümünün ikinci yarısını Kiprin "Apollon" komandasında legioner həyatı yaşayıb.

Son klubu "Kluj" olan 27 yaşlı legioner "Astra", "Botoşani", "Panduri" kimi yerli klubların da şərəfin qoruyub.

Bayıl təmsilçisi yeni transfer üçün əlavə xərcə düşməyəcək. Rumıniyalı müdafiəçi təmsilçimizə azad agent kimi keçəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti