AFFA pulu gecikdurdi, klub sponsoru xərci öz üzərinə götürdü

14 Sentyabr 2022 11:00 Səbail 1 129
AFFA pulu gecikdurdi, klub sponsoru xərci öz üzərinə götürdü

«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»ə jest edib.

O, himayədarı olduğu klubun borc yükünü aradan qaldırıb.

Sədrin göstərişi ilə «dənizçilər»in avqust ayına olan ödəmələri həyata keçirilib.

Halbuki bunu AFFA etməli idi. Lakin Premyer Liqanın yeni titul sponsoru tərəfindən ayrılan vəsait hələ köçürülmədiyindən, digər klublar kimi, «Səbail» də çətin vəziyyətlə üzləşib.

Vəziyyəti elə görən R.Vəliyev 1 aylıq xərcləri qarşılamağı öz üzərinə götürüb. Baxmayaraq ki, əsas komanda mövsümə uğursuz başlayıb, ilk 6 turda cəmi 5 xal toplayıb və turnir cədvəlinin yuxarı pillələrindən uzaq düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti