QURBANOVA olan PİSLİK

5 Sentyabr 2022 14:00 Səbail 1 744
QURBANOVA olan PİSLİK

Mahmud Qurbanov «Səbail»də çox ağır şərtlər altında işə başlayıb.

Elə-belə yox, çox ağır.

Onu hər tərəfdən sıxırlar. İstədiyi futbolçuları alıb gətirsə də, istədiyi komandanı qurmasına imkan vermirlər.

Arı yuvasına çöp soxmaq klub rəhbərliyində yer almış bəzi fiqurantların xoşuna gəlmir. Amma bunu edirlər.

Qurbanovu vəzifədən uzaqlaşdırmaq, əmr qulu olan müqəvanı sükan arxasına gətirmək üçün.

Hər oyun vaxtı VİP-lojada Qurbanovun əleyhinə söz salırlar. Qulaq doldururlar.

O bilsə ki burada nə söhbət edirlər, texniki zonada 1 dəqiqə də ayaq saxlamaz, tribunaya qalxaraq mehriban düşmənlərin yaxasından yapışar və deyər: Yalançının…

VİP-lojada əyləşənlərin uzantıları komandanın içində də özünə yer edib. Əksər futbolçular gizli görüşlərə çağırılır, Qurbanov haqda kompramant toplanır, onun əleyhinə işləyə biləcək fikirlər söylənilir.

Demək olar hər məşqdə hansısa oyunçu ilə məşqçilər arasında mübahisə düşür - düşünməyin ki, bu, təsadüfidir.

Futbolçularda belə bir rəy formalaşdırılıb ki, tezliklə baş məşqçi dəyişəcək. Odur ki, hərəsi əlini bir boşqabın üzərinə çəkir.

Deyə bilərik ki, komandanın özəyi Qurbanovun getməsinə tərəfdardır. O, bu vəziyyətdə belə, yolundan dönmür, «Sabah»dan xal qoparır.

Dörd tura maksimum xal toplayan «Sabah»ı büdrətmək, doğrudan da, çətin məsələdir.

Qurbanov bunu bacardısa, rəhbərlikdən bir az dəstəyi olsa, «Səbail»i yuxarı da aparar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti